“Nuhun gemisi”ni Ay səthinin altında saxlanılması planlaşdırılır 

“Nuhun gemisi”ni Ay səthinin altında saxlanılması planlaşdırılır 
 

Alimlər Yer küərisinin sonunun gəlməsi təhlükəsinə qarşı Ayda sperm bankının yaradılmasını təklif etdilər.

Tədqiqatçılar Yerin təbii peykinə 6,7 milyon növ canlı orqanizmin, o cümlədən insanın reproduktiv hüceyrələrinin nümunələrini göndərmək istəyirlər. “Nuhun gemisi”ni Ay səthinin altında saxlanılması planlaşdırılır.

Biomaterialların saxlanılacağı anbarlar Aydakı lava borularında - 100 metr dərinliyindəki tunellərdə qurulacaq. Bu da nümunələri temperatur, meteorit və radiasiyanın dəyişməsindən qorumağa imkan verəcəkdir. Bankda hər növün 50 reproduktiv hüceyrəsini saxlamaq olacaq. Onların daşınması üçün ən az 250 raket buraxılması tələb olunacaq.

Bu qeydlərimi bir dəfə paylaşmışdım. Niyə təkrar paylaşıram?

Mütərəqqi Dünyanın alim və mühəndisləri nə işlərlə məşğul olduğunu xatırlatmaq, Şərqlə fərqini göstərmək, 28 aprellərin bizi nə qədər geriyə atdığını, Stokholm sindromu içində məhv olduğumuzu təkrar-təkrar dilə gətirmək üçün…

Müəllif: İbrahim Nəbioğlu

"Paralel.az"

0.037315845489502