"Ukrayna Moskvaya hücum etmir, ancaq öz ərazisində döyüşür" - Vladimir Zelenski

 

Vladimir Zelenski deyib ki, Ukrayna Moskvaya hücum etmir, ancaq öz ərazisində döyüşür.

Bu mesajı təkrarlaya bilərəm. Düşünürəm ki, hər kəsə aydın olacaq: - Biz Putinə və ya Moskvaya hücum etmirik, biz öz ərazimizdə döyüşür, şəhər və kəndlərimizi qoruyuruq”.

 “Paralel.az” xəbər verir ki, Zelenski bunu Helsinkidə Skandinaviya ölkələrinin hökumət başçıları ilə birgə mətbuat konfransında Kremlə gecə vaxtı pilotsuz təyyarə hücumu ilə bağlı jurnalistlərin xahişini şərh edərkən deyib.

Xatırladaq ki, bu gün Rusiyada Ukraynanın dronların köməyi ilə Kremlə hücum edildiyinə dair ittihamlar səsləndirilib.

Şahnaz Salehqızı

 

0.014816999435425