Göygöl rayonunda “Səyyar qəbul otağı” quruldu

Göygöl rayonunda “Səyyar qəbul otağı” quruldu
 

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Göygöl rayonunda baş tutub. “Səyyar qəbul otağı”nda ümumilikdə 6 müraciət ünvanlanıb.

"Paralel.az" xəbər verir ki, müraciətlərin qeydə alındığı siyahıda fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və debitor borcun ödənilməsində köməkliyin göstərilməsi kimi istəklər yer alıb.

Gəncə RQİİ-nin rəhbər şəxsləri səsləndirilən problem və təkliflər barədə aksiya iştirakçılarına ətraflı məlumat veriblər. Daha sonra bəzi müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Şahnaz

0.11635494232178