Sahibkarlarla növbəti görüş Samux rayonunda keçiriləcək
SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
"Paralel.az" xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “#Açıq #mikrofon” aksiyası çərçivəsində sahibkarlarla #Samux rayonunda görüşü təşkil olunacaq. Aksiya Samux şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında (YAP-ın inzibati binasının qarşısı) baş tutacaq. “#Səyyar #qəbul otağı” mayın 3-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən #təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək