Kupyansk istiqamətindəki bölmələr də zərbə aldı

Kupyansk istiqamətindəki bölmələr də zərbə aldı
 

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin (AFU) Luqansk və Donetsk Xalq Respublikalarında (LXR və DXR) Kupyansk istiqamətində bölmələrinə endirilən zərbələrdən danışıb.

Müdafiə idarəsinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkovun jurnalistlərə verdiyi məlumata görə, Kupyansk istiqamətində zərbələr operativ-taktiki aviasiya və artilleriya tərəfindən endirilib.
Müdafiə Nazirliyindən bildirilib ki, bu istiqamətdə gedən döyüşlərdə Mərkəz qoşun qrupu iştirak edir.
Konaşenkovun sözlərinə görə, zərbələr LXR-də Ostrovskoye və DXR-də Ternı, Torskoye, Serebryanka və Qriqorovka yaşayış məntəqələrinin ərazilərində həyata keçirilib.

Ümumilikdə, bu istiqamətdə hərbi əməliyyatlar nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 75-ə qədər döyüşçüsü məhv edilib.
Rusiya Silahlı Qüvvələri canlı qüvvə ilə yanaşı, düşmənin bir neçə texnikasını - iki zirehli texnikasını və D-20 və D-30 haubitsalarını məhv edib. (lenta.ru)

2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbassda xüsusi əməliyyatın başladığını elan edib. Həmçinin, onun sözlərinə görə, Moskva Donetsk və Luqansk Xalq Respublikalarının rəhbərlərinin hərbi yardımla bağlı müraciətlərinə də cavab verib.

Şahnaz, "Paralel.az"

 

0.016546010971069