Aktyor və teleaparıcı Sergey Kolesnikov vəfat edib

Aktyor və teleaparıcı Sergey Kolesnikov vəfat edib
 

Teatr və kino aktyoru, teleaparıcı Sergey Kolesnikov şənbə günü gecə vəfat edib. Onun oğlu İvan Kolesnikov bu barədə TASS-a bildirib.
“Bəli, bu, dünən gecə baş verib”, -deyə, o, bildirib. Onun sözlərinə görə, hələ ki, vida mərasiminin vaxtı və yeri müəyyənləşdirilməyib.

Aktyorun 68 yaşı var idi, rus Rusiya Federasiyasının əməkdar artistidir.

Sergey Kolesnikov 4 yanvar 1955-ci ildə anadan olub. 1978-ci ildə Moskva İncəsənət Teatr Məktəbini (Sofiya Pilyavskaya və Vladimir Boqomolovun kursu) bitirmiş və Moskva İncəsənət Teatrının truppasına qəbul edilmişdir. Gənclik illərində küçə müğənnisi kimi fəaliyyət göstətib, xarici filmlərdə "Die Hard 5: A Good Day to Die", "Frozen Souls", "Qara dəniz" filmlərində rol alıb.
Həmçinin, Rusiya seriallarında- "Truckers", "The Case of Dead Souls", "Peterburq sirləri" və s.çəkilib. 2006-2012-ci illərdə isə Birinci Kanalda Fazenda proqramının aparıcısı olub.

Şahnaz, "Paralel.az"

0.13370513916016