Tiflisdə AXC süqutu günü anıldı
Paytaxt Tiflisidə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurucularının xatirəsi anılıb.
Azərbaycanın Milli Məclisin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları və Tiflisidə təhsil alan azərbaycanlı tələbələr ermənilərin "Nemezis" terror əməliyyatı zamanı qətlə yetirilmiş Azərbaycanın dövlət xadimlərinin - AXC-nin ilk Baş naziri Fətəli xan Xoyskinin və parlament sədri Həsən bəy Ağayevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüblər. Adil Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, Ermənilərin İrəvanda Nemezis əməliyyatına abidə ucaltması onların hələ də eyni əhval-ruhiyədə olduqlarını göstərir.
Qeyd edək ki, “Alyans” Gənclər Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Tbilisidəki Botanika bağında, azərbaycanlıların panteonunun yaxınlığında ağacəkmə aksiyası da keçirilib. Milli Məclisin sədr müavini Alyans Gənclər Mərkəzinin təşkilatçılığı ilə ağacəkmə aksiyasının keçirilməsini yüksək qiymətləndirib.
Akif, "Paralel.az"