Tərtərdə mina partladı - Ölənlər var

Tərtərdə mina partladı - Ölənlər var
 

Tərtərdə üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Paralel.az -a bildirilib ki, hadisə Talış-Tapqaraqoyunlu ərazisində qeydə alınıb.

Partlayış nəticəsində hər üç şəxs həlak olub. Bunlar 1982-ci i təvəllüdlü Nadir Yusifov, 1981-ci il təvəllüdlü Səxavət Gözəlov və 1996-cı ci i təvəllüdlü Fərid Sədiyevdir.

İlkin məlumata görə, ölən şəxslər ANAMA-nın əməkdaşlarıdır.

0.011698007583618