Təcrübəli həkim Səhiyyə nazirini və TƏBİB-in direktorunu quru yuyub, yaş sərdi...

Təcrübəli həkim Səhiyyə nazirini və TƏBİB-in direktorunu quru yuyub, yaş sərdi...
 

Təqaüddə olan tanınmış həkim Seyid Mirpaşa Sahibov facebook səhifəsində yazır:

"Bismillahirrəhma-nirrəhim.
Allah(t.t.) Oktay Şirəliyevin və Ramin Bayramlının atasına rəhmət eləsin. Bu rəhmətləri onların atalarına qazandıran Səhiyyə Naziri Teymur Musayev və TƏBİB-in direktoru Vüqar Qurbanovdur.

Allah(t.t.) dahi şairimiz Şəhriyara da rəhmət eləsin. Şerlərinin birində yazır:

Bizdən qabaqdadır Avropalılar,
İşi bacarana tapşırır onlar!

Bu cənablar zavallı Azərbaycan xalqına zərrə qədər də olsun, tibbi xidmət göstərmirlər. Vəzifələri tibbi kadrların yerinin dəyişdirilməsindən bəhrələnməkdir. Yarışa giriblər.
Bu yaxınlarda sürücülük vəsiqəmi dəyişdirmək məqsədilə tibbi arayış almaq üçün Abşerondakı tibbi mərkəzə müraciət etdim.

Hər şeydən əvvəl, təcili olaraq 41 manat pul köçürməyi tələb etdilər. Mən də dərhal 41 manatı ödədim. Mən təqaüdçüyəm və təqaüdə çıxana kimi məndən tibbi sığorta üçün məcburi şəkildə hər ay pul tutublar. Nə isə...

Keçirəm əsas məsələyə.
Tibbi müayinədən keçmək üçün mənə Səhiyyə Nazirliyinin tərtib etdiyi əndirabadi forma verdilər. Mən formaya baxdım və təcrübəli həkim kimi dəhşətə gəldim. Təsəvvür edin, mama - ginekoloqdan başqa, həmin formada bütün ixtisaslı həkimlərdən keçmək tələb olunurdu. Əlacsız qalıb, 2 gün ərzində kabinetləri gəzib, müayinədən keçib, tibbi arayışı aldım.

Təcrübəli həkim olaraq, çoxdan bilirəm ki, Azərbaycandan başqa, dünyanın heç bir ölkəsində sürücülük vəsiqəsini almaq üçün bu qədər həkimin müayinəsindən keçməyə ehtiyac yoxdur, yalnız görmə qabiliyyətində problem olmaması barədə tək oftalmologun arayış tələb olunur.

Amma bizim insanlara bu qədər rəzaləti yaşadan yalnız Azərbaycanda tibbi xidmətdən bixəbər olan savadsız səhiyyədir! Bəyənmədiyimiz sovet imperiyasında dəhiyyə sistemində çalışan bacarıqlı kadrlar var idi, insanların rahatlığı üçün gözəl qanunlar hazırlayırdılar.

Ədalət naminə deyim ki, bu qanunları yazanlar milliyətcə yəhudilər və ruslar idi. İndi isə qanunları, formalsrı qsərsəm, savadsız Səhiyyə naziri Teymur Musayev və Vüqar Qurbanov xəstə təxəyyülləri ilə dünyanın ən geridə qalmış ölkələrində belə, təsəvvür olunmaz mürtəce qanunlar hazırlayıb tətbiq edirlər. Bunları həkim yox, yalnız qəssab adlandırmaq olar, insan qəssablarına isə durun, deyən yoxdur.

Hər gün Oktay Şirəliyevi tənqid edən internet saytları susur, sanki millətin səsi, harayı eşidilmir, dövlət qanunları işləmir, digər sahələr kimi, səhiyyədə də özbaşınalıq baş alıb gedir, yəqin, tibb müəssisələrinə yolu düşənlər mənimlə razılaşırlar ki, mövcud qanunlar işləmir.

Bilən varmı ki, dünyanın hansı ölkəsində tibbi arayış vətəndaşlara pulla satılır?! Tibbi arayış pulsuz olmalıdır, ay vicdansızlar, sizə və sizi müdafiə edənlərə Allah(t.t.) qənim olsun! Amin!"

Paralel.az

0.10882616043091