Dövlətçilik ənənələrinə malik siyasətçini hər zaman dəstəkləyirik -Çingiz Şahbazi

Dövlətçilik ənənələrinə malik siyasətçini hər zaman dəstəkləyirik -Çingiz Şahbazi
 

Milli Məclisin deputatı Vahid Əhmədovun məlum müsahibəsi ətrafında, xüsusilə də həmkərları tərəfindən tənqid və iradlara məruz qalması heç də Azərbaycan cəmiyyətinin fikir və düşüncələrindən irəli gələn nəticə sayıla bilməz. Deputatların bu kimi yanaşma tərzləri, daha öncələrdə də digər plüralist düşüncə sahiblərinə qarşı tətbiq olmuşdur. Əslində, Vahid Əhmədovun müsahibəsi sağlam cəmiyyət abu havası yaradır və bundan narahat olmağa heç bir əsas yoxdur.Amma, görünür kimlərsə bu kimi işlərdən məharətlə istifadə edərək, öz siyasi ,,xoşbəxtliklərinin,, ömrünü bir az da uzatmaq niyyətindədirlər.

Vahid Əhmədov əslən Şimal bölgəsindəndir. 2005-ci il Parlament seçkilərində qurulan ,,Yeni Siyasət ,, blokunun həmtəsisçisilərindən biridir. O dövrdə, həyat elə gətirdi ki, mənim də bu blokdan Milli Məclisə deputatlığa namizədliyim irəli sürüldü və qeydiyyata alındım. Və hörmətli Vahid Əhmədovla seçki kompaniyası ərəfəsində və ,, Yeni Siyasət,, seçki blokunun Bakı şəhərində yerləşən mərkəzi seçki qərargahında bir neçə dəfə görüşümüz baş tutdu. Görüşlərimizin əsas hissəsi şimal bölgəsinin problemləri ilə bağlı və buranın xüsusi spesifik xüsusiyyətləri ilə bağlı olmuşdur.Hər dəfə Vahid müəllimlə görüşdən aldığım təsürat, onunla bölüşdüyüm düşüncələr mənə imkan verir ki deyim, Vahid müəllim həqiqi mənada Azərbaycançıdır, vətəni sevən bir dövlət xadimidir. O, bunu ölkəmizin son dövrlərində, bütün siyasi hadisələrin gərgin və çətin dönəmlərində öz sabit mövqeyi ilə sübut edə bilmişdir.

Xalqına və ölkəsinə bağlı olan, ağıllı siyasət adamı, həmyerlimiz Vahid Əhmədova qarşı indiki bu tərzdə təzyiq kompaniyası tərəfimizdən qəbul edilə bilməz. Biz hörmətli ağsaqqalımıza inanırıq və onun dövlətçilik ənənələrinə malik siyasətini hər zaman olduğu kimi dəstəkləyirik.

"Paralel.az"

0.084825038909912