Ad günün mübarək dəyərli ağsaqqal!

Ad günün mübarək dəyərli ağsaqqal!
 

Həyat gözəlliklərini özündə birləşdirən qəlbi saf insanlarla ünsiyyət özü yeni bir həyat, başqa aləmdir. Onların kamil insanların əhatəsində ən adi bir kəlməni söyləməsi xoş münasibətdən kam almaq, ucalmaq özü həyat təcrübəsindən qaynaqlanmaqdır, insani keyfiyyətlərlə başqalarından seçilən dəyərli ziyalı, gözəl qəlbli insan, gözəl ailə başçısı ən başlıcası qayğıkeş ata olan Səməd Cəlil oğlunun 86 illik yubileyidir. O 1937-ci il may 27- Qəbələ rayonunda anadan olmuşdur. Bu gün ömür sarayından bir kərpic qopub düşür. Ağsaqqalımız Səməd müəllimin fədakarlığı mübarizliyi nəticəsində əldə etdiyi uğur nailiyyətləri təqdirə layiqdir. Özünə məxsus səlis danışığı, nizam-intizamla gördüyü işləri xoş münasibət mədəni davranışı onu tanıyanlara nümunə simvoludur. Doğum günü münasibətilə Səməd müəllimə daha uca zirvələrdə pərvaz etməsini, sağlam ömürlə övlad-nəvə-nəticə-kötükcə sevincini dadmasını, bir sözlə ən xoş arzularla könül xoşluğu diləyirik.

Doğum gününüz mübarək Səməd müəllim! Yeni yaşla sağlam olun, var olun!

Hörmətlə Kamil Məmmədov, prezident təqaüdçüsü, əməkdar mühəndis, Telman Nizamov akademik, əməkdar mühəndis, Sədiyar Səfərəliyev birinci dərəcəli dövlət qulluqçusu, Qərib Qəribov dövlət qulluqçusu, Tofiq Allahverdiyev kənd ağsaqqallar şurasının sədri, Əjdər Şəfizadə, Sadıq Sadıqov əməkdar müəllim, Fərman Məhəmməd Əzizli maarif xadimi, əməkdar müəllim, rayon ağsaqqallar şurasının idarə heyətinin üzvü, «Paralel» qəzetinin bölgə müxbiri.

Övladları Elxan, Almaz, Kamran, Sevil, Məlahət, nəvələri Cəlil, Nüşabə, Cahangir, Nəcibə, Aytən, Gülşən, Səma, Rövşən, Rafael.

 

Yaxşı adam, çox yazdılar xislətinə şeir sənin,

Hərə bir cür tərif etdi, yaxşılığın nədir sənin?

Yaxşılığa meyar üçün çəki var, ölçü var

Yaxşı adam edərsə, yaxşıların nəzərində yaxşı olar.

 

Tofiq Bayram

Fərman Məhəmməd Əzizli

AZƏRBAYCAN RESPUBLİKASININ MAARİF XADİMİ, ƏMƏKDAR MÜƏLLİM,

AĞSAQQALLAR ŞURASININ İDARƏ HEYƏTİNİN ÜZVÜ, PARALEL QƏZETİNİN

BÖLGƏ MÜXBİRİ

 

0.021054983139038