Azərbaycanda kibertəhlükəsizlik indeksinin tərtib olunması təklif edilir

Azərbaycanda kibertəhlükəsizlik indeksinin tərtib olunması təklif edilir
 

Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkədə kibertəhlükəsizlik indeksinin tərtib olunması təklifi ilə çıxış edib.

"Paralel.az"  məlumat verir ki, təklifi Avropa İttifaqının və Avropa Şurasının birgə açıqladığı “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” analitik hesabatının təqdimatında DTX-nın Kibertəhülkəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov səsləndirib.

"Biz istərdik ki, Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanda xüsusi kibertəhlükəsizlik indeksini tərtib etsin", - deyə o qeyd edib.

"Hazırda Azərbaycanda kibertəhlükəsizliyin qorunması istiqamətində ciddi işlər görülür. Son açıqlanan kibertəhlükəsizlik hesabatında ölkəmiz 35 pillə irəliləyərək bir sıra xarici ölkələri geridə qoyub", - deyə DTX rəsmisi əlavə edib.

STM-in İdarə Heyətinin sədri Zahid Oruc isə yeni indeksin tərtib olunması ilə bağlı təklifə baxılacağını deyib: “Bu maraqlı təklifi xüsusilə qiymətləndiririk. Düşünürəm ki, bu məsələ ilə bağlı sahəvi təşkilatlarla birgə iş görülməsinə ehtiyac var”.  (report)

0.043930053710938