SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qazax rayonunda təşkil edilib

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qazax rayonunda təşkil edilib
 

Ağköynək və Qarapapaq kəndlərinin sakinlərini birləşdirən eyni istək “Açıq mikrofon”da

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qazax rayonunda təşkil edilib. Aksiyaya ümumilikdə 20-yə yaxın sakin qatılıb ki, bunlardan da 16 nəfəri qaz təchizatı ilə bağlı müraciətlərini ünvanlayıb. Müraciətlərdən 5-i Ağköynək və Qarapapaq kənd sakinlərinə məxsus olub. Onlar qaz sayğacının yerinin dəyişdirilməsini istəyiblər. Digər müraciətlərə gəlincə, yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı 5, debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsi ilə bağlı isə 4 istək yer alıb. Şəmkir RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.

"Paralel.az"

0.052083015441895