“Azəriqaz” rəhbərindən dünənki partlayışla bağlı - Açıqlama -VİDEO

“Azəriqaz” rəhbərindən dünənki partlayışla bağlı - Açıqlama -VİDEO
 
 

“Azəriqaz” İB-nin direktoru Ruslan Əliyev ötən gün Biləsuvarda qaz sızması nəticəsində baş verən partlayışla bağlı açıqlama verib. 
"Paralel.az"
 “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, hazırda komissiyanın hadisəni araşdırdığını bildirib: “Belə hadisələr baş verən zaman yerində komissiya yaradılır. Biz təkcə “Azəriqaz” İstehsalat Birliyi olaraq orada araşdırma aparmırıq. Orada həm FHN, həm də Prokurorluğun əməkdaşları tərəfindən birgə araşdırmalara başlanılıb. Hadisənin ilkin görüntüsündən ehtimal olunur ki, partlayış qaz sızması səbəbindən baş verib. Bu qaz avadanlığının hansınınsa açıq olması səbəbindən də ola bilər. Hadisə baş verməmişdən əvvəl evin işığının yanma görüntüsü var. Bu, onu göstərir ki, hadisə hər hansı qaz yığıntısından baş verib”.

 

R.Əliyev əlavə edib ki, belə hadisələrin olmaması üçün abonentlər daha diqqətli olmalıdırlar: “Abonentə baxmaq lazımdır ki, lazımi müqaviləsi varmı, təlimat keçilibmi? Belə hadisələr çox vaxt səhlənkarlıqdan baş verir. Çünki biz ildə bir dəfə təlimat keçirik. Abonent 364 gün özü öz mənzilini idarə edir. Bununla bağlı maarifləndirmə işləri görürük. Buna baxmayaraq, problem hələ də gündəmdə qalmaqdadır. Arzu edirik ki, abonentləriniz daha diqqətli olsunlar”.

Qeyd edək ki, ötən gün Biləsuvarda evdə qaz sızması nəticəsində partlayış baş vermişdi. Nəticədə bir nəfər ölüb, 2 nəfər yaralanıb.  

0.019559144973755