Fransanın xarici işlər naziri Azərbaycana gəlir

Fransanın xarici işlər naziri Azərbaycana gəlir
 

Fransanın xarici işlər naziri Katrin Kolonna Azərbaycana səfər edəcək.

Paralel.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, XİN başçısı Kolonna aprelin 26-28-də Azərbaycanda və Ermənistanda səfərdə olacaq.

Bu səfərdə diplomat Laçın-Xankəndi yolundakı vəziyyəti müzakirə edəcək.

Fransalı diplomat Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. O, həmçinin Şəhidlər Xiyabanını ziyarət edəcək.

Nazir İrəvanda baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. O, Avropa İttifaqının Müşahidə Missiyasının Cermuxdakı qərargahına baş çəkəcək.

Aprelin 28-də xanım Kolonna Gürcüstana səfər edəcək. Tiflisdə Gürcüstan Respublikasının prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili ilə görüşlər nəzərdə tutulur.//apa

0.021388053894043