Sahibkarlarla növbəti görüş Şəmkir rayonunda keçiriləcək
Sahibkarlarla növbəti görüş Şəmkir rayonunda keçiriləcək
SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şəmkir rayonunda görüşü təşkil olunacaq.
"Paralel.az" xəbər verir ki, aksiya Şəmkir şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” aprelin 26-da saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.