Körpü 26 avqust 2022-də istismara verildi Ərşad Hüseynov
Ötən il bu vaxtlar Qarabağı Qərbi Zəngəzurla birləşdirən, Həkəri üzərindən keçən bu körpüdə qızğın işlər gedirdi.
Körpü 26 avqust 2022-də istismara verildi. Lakin ondan indiyədək sərbəst istifadə edənlər onun üstündən razılaşdırıldığı kimi gedib-gələ bilmədilər, silah-sursat daşıdılar və s...
Şanlı Ordumuz və DSX bu gündən körpünün Şərqi Zəngəzur tərəfində nəzarət-buraxılış məntəqəsi quraşdırıb. Bu barədə DSX rəsmi məlumat yayıb.
Xeyirli-uğurlu olsun. Allah Dövlətimizi, Xalqımızı və Ordumuzu qorusun!
"Paralel.az"