Erməni təxribatları Azərbaycan bayrağının Xankəndi və Zəngəzurda dalğalanmasını yaxınlaşdırır - RƏY

Erməni təxribatları Azərbaycan bayrağının Xankəndi və Zəngəzurda dalğalanmasını yaxınlaşdırır - RƏY
 


“Erməni separatçı və revanşistlərin aprelin 22-də Şuşanın Allahqulular kəndində törətdiyi mina təxribatı  sülh danışıqlarını pozmağa xidmət edir. Sülh prosesini pozub, vaxt udmaqla onlar nəyəsə nail olacaqlarını düşünürlərsə, yanılırlar. Vaxt artıq bütövlükdə ermənilərin ziyanına işləyir”.

Bunu “Paralel.az ”a açıqlamasında deputat Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın sülh danışıqları ilə bağlı    konkret mövqeyi ortadadır. “Sülhün yolu da Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü  və Qarabağı Azərbaycanın ərazisi kimi tanımağından keçir. Ermənilər hesab edir ki, Azərbaycan ərazilərində bu cür təxribatlar törətməklə müqavimət göstərib nəyəsə nail olmağı düşünürlərsə, demək, onlar çox yanlış yoldadırlar. Ermənilərin mina terrorları, digər təxribatları cavabsız qalmayacaq və mütləq şəkildə bunun cavabını almış olacaqlar. Bu  cür təxribatlarla Laçına və digər rayonlara "Böyük qayıdışa" əngəl törətmək istəyirlər, bunda da yanılırlar.  Məcburi köçkünlər ən qısa zamanda öz doğma yurdlarına dönəcək və orada əbədi olaraq  yaşayacaqlar. Buna kimsə mane ola bilməz.
Cənab Prezidentin bu günlərdə AzTV-yə müsahibəsində dediyi kimi, ermənilər unutmamalıdırlar ki, bu gün Azərbaycan bayrağı bütün azad edilmiş ərazilərdə, Zəngəzur dağlarında dalğalanır və bu bayraqa onlara daha da yaxınlaşa bilər.  Ermənilər Azərbaycan Prezidentinin bu mesajından ciddi nəticə çıxarmalıdırlar. Bu isə o deməkdir ki, ermənilər  təxribatlara əl atıb, davam etdirərlərsə, o zaman  Azərbaycan bayrağı onlara daha da yaxın yerlərdə dalğalanacaq. Təkcə Xankəndi, Ağdərə, Xocavənddə deyil, eyni zamanda Qərbi Zəngəzurda,  Göyçədə də dalğalana bilər. Azərbaycan Prezidenti nə deyirsə, onu da edir və buna kimsənin şübhəsi olmasın. Cənab Prezident    indiyədək dediklərini həyata keçirməsini təkcə Azərbaycan xalqı deyil, bütün dünya bilir. O deyirsə, edir.  2003-cü ildən bu günə kimi hamı onun  dediklərinin yerinə yetirdiyinin şahidi olub. Odur ki, erməni revanşistlər və separatçılar bundan nə qədər tez nəticə çıxararlarsa, xeyirlərinə olar. Belə olarsa, onlar udacaqlar. Əks təqdirdə  onlar məğlubiyyət acısından başqa heç nə yaşamayacaqlar”.

Mürtəza
Paralel.az

0.15303516387939