Lerikdə elektrik cərəyanı bir ailənin 4 üzvünü vuraraq öldürüb

Lerikdə elektrik cərəyanı bir ailənin 4 üzvünü vuraraq öldürüb
 

Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lerik rayon prokurorluğundan Paralel.az a verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

0.025246858596802