BNA-nın "başıbəlalı" tarixçəsi - Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yazır:
8 illik tarixi olan Bakı Nəqliyyat Agentliyi müəyyən işlər görsə də, qarşıya qoyulan əsas vəzifələri reallaşdırmadan ləğv edildi.
RİNN-nin səlahiyyətləri genişləndirildi.
BNA-nın "başıbəlalı" tarixçəsi :
1. 2015-ci ildə Prezidentin fərmanı ilə Nazirlər Kabineti yanında BNA yaradılıb və 2011-ci ildən fəaliyyətə başlayan Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzi MMC olaraq onun tabeliyinə verilib
2. 2016-cı ildə Prezident fərmanı ilə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında müstəqil “Bakı Nəqliyyat Agentliyi” yaradılıb.
3.2016-cı ildə NK qərarı ilə NİİM BNA “strukturuna daxil olmayan tabeliyindəki qurum” olaraq təsdiqlənib.
4. 2018-ci ilin əvvəli Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Prezident yenidən fərman verib. Bundan sonra, NK 2016-cı ildəki “strukturuna daxil olmayan tabeliyindəki qurum” qərarını ləğv edib.
5. 2022-ci ildə Prezidentin fərmanı ilə BNA Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə, "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" isə Daxili İşlər Nazirlyinin tabeliyinə verilib
6. Prezidentin 19 aprel 2023-cü il tarixli fərmanı ilə Bakı Nəqliyyat Agentliyinin müstəqil qurum olaraq fəaliyyətinə son qoyulub və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tərkibinə qatılıb.
Yəni bundan sonra BNA, güman ki AYNA daxilində bir şöbə olaraq fəaliyyət göstərəcək.
Beləliklə , BNA səlahiyyətləri, ümumiyyətlə yol hərəkəti, mobillik , infrastrukturun inkişafı, tənzimlə və kordinasiya səlahiyyətləri adı çəkilən fərmanla RİNN-ə verilib.
Səlahiyyətlərin reallaşdırılması və kordinasiya, vahid nəqliyyat siyasətinin müıyyən edilməsi məqsədilə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıb.
Ümid edək RİNN tezliklə bu sahədə mövcud problemləri aradan qaldıra biləcək.