Dünyanı heyrətləndirən ADAM
Cill Prays 14 yaşından bəri yaşadığı hər şeyi mükəmməl xatırlayır. Mövzu ilə bağlı araşdırmalar bunun "hipertimestik sindrom" adlanan bir vəziyyət olduğunu müəyyən etsə də, buna nəyin səbəb olduğu hələ də məlum deyil.
Lent.az xəbər verir ki, 14 yaşından etibarən Prays həyatının hər gününü ensiklopedik aydınlıqla xatırlayır və təfərrüatları tarixə görə sıralaya bilir.
Hazırda 57 yaşı olan Cill 2000-ci ildə Kaliforniya-İrvine Universitetində tədqiqatçıların mövzusu olub. Mütəxəssislər bu qəribə yaddaşın necə işlədiyini anlamaq üçün uzun müddət araşdırma apardılar və sonda bunun “hipertimestik sindrom” olduğunu aşkar etdilər. Cill bu istiqamətdə ilk nümunə idi. Bu hadisə 2006-cı ildə Neurocase adlı elmi jurnalda dərc olunub.
Harvard Universiteti də mövzuya tam aydınlıq gətirə bilmədi. Tədqiqatçılar onun beynin hadisələri xatırlamağa imkan verən “epizodik axtarışı” söndürməsinə mane olan struktur xüsusiyyətləri ola biləcəyini fərz etdilər.
Buna nəyin səbəb olduğu bilinmir və hələ də cavabsız çoxlu suallar var. Lakin yenə də Cillin sözlərinə görə, bu, yaşadığı travmaların nəticəsidir.
Praysın uşaqlığının əsas travması 8 yaşında Los-Ancelesə köçməsi idi. O, Nyu Cersidəki evini çox sevirdi.
10-30 yaşları arasında “yaddaş partlaması” adlı xəstəliyə tutulan Cill yadına düşən xatirələr səbəbilə çətin anlar yaşadığı üçün ağlına gələn hər şeyi yazmağa başlayıb. Yazmaq ona təsəlli verirdi.
2006-cı ildə çəkilmiş beyin KT müayinələri Praysın beynində normaldan daha böyük olan iyirmidən çox sahəni aşkar edib. Bunun nə demək olduğu hələ də açıq sualdır.
Hələ də qəti şəkildə cavablandırılan suallar yoxdur. Lakin Cillin bacarığı Alzheimer və digər beyin xəstəlikləri haqqında anlayışa kömək edə bilər.
Paralel.az