Bu ölkədə pişiklər üçün beşulduzlu hotellər fəşəaliyyət göstərir

Bu ölkədə pişiklər üçün beşulduzlu hotellər fəşəaliyyət göstərir
 

İndoneziyada pişik sahiblərinə xidmət göstərən pişik hotelləri böyük diqqət çəkir. Bu hotellərə diqqət o qədər böyükdür ki, xüsusi günlərdə, bayramlarda və yay istirahət, məzuniyyət dövrlərində pişik hotelləri üçün boş otaqlar tapmaq mümkün deyil.  

Paralel.az ” xəbər verir ki, paytaxt Cakartadakı pişik hoteli də həmin müəssisələrdən biridir.

İstirahət üçün şəhərdən kənara çıxmağa üstünlük verənlər bayram zamanı ev heyvanlarının diqqət və qayğıdan məhrum olmaması üçün pişik hotellərini yaxşı seçim kimi görürlər. Bu hotellərdə insanların kiçik dostları üçün bütün şərait yaradılıb. Hoteldə pişiklərin yatması üçün  xüsusi hücrələr və oyun meydançaları var. Bundan əlavə, pişik sahiblərinin istirahət və rahat hiss etmələri üçün bölmələr var. Pişikləri hotelə təhvil verməzdən öncə mütləq qaydada baytarlıq klinikasında ümumi müayinədən keçirilir.

Bayram günlərində hotel tamamilə dolu olur. Yay tətilinə gedənlər, ev təmizliyi ilə məşğul olanlar, pişiyi sevməyən qonaqları olanlar və gündəlik işlərlə məşğul olanlar heyvanlarını bu hotellərə rahatlıqla qoyub gedirlər. 

 

0.01288104057312