Bu ölkədə 9 May Qələbə Gününün qeyd edilməsi qadağan OLUNDU

Bu ölkədə 9 May Qələbə Gününün qeyd edilməsi qadağan OLUNDU
 

Latviyanın Seymi səs çoxluğu ilə 9 Mayda bəzi kütləvi tədbirlərin qadağan edilməsi haqqında yeni qanunu təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı "Delfi" portalı məlumat yayıb.

Bundan əvvəl Seymin mayın 9-u Ukrayna münaqişəsi qurbanlarının xatirəsini anma günü kimi qanuniləşdirəcəyi gözlənilirdi. Parlamentin İnsan Hüquqları və İctimai Əlaqələr Komissiyası əvəzində həmin tarixdə ictimai tədbirlərin keçirilməsini qadağan edən alternativ qanun layihəsi təqdim edib. Deputatlar bunu təcili olaraq iki oxunuşda qəbul etdilər.

Avropa İttifaqı ölkələri İkinci Dünya Müharibəsinin başa çatmasını mayın 8-də, mayın 9-da isə 1950-ci ildə Fransanın xarici işlər naziri Robert Şumanın bəyanatının qəbul edilməsinin ildönümünü Avropa Gününü qeyd edir.

0.011639833450317