Futbol məşqçisi oyun zamanı öldü

Futbol məşqçisi oyun zamanı öldü
 

Rusiyanın Soçi şəhərində futbol oyunu zamanı “Dinamo” uşaq ortaq məktəbinin məşqçisi dünyasını dəyişib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, 23 yaşlı Yeqor Kaşin Soçidə keçirilən turnirdə komanda ilə birlikdə olub. İki gün əvvəl “Dinamo”nun məşqçiləri ilə yerli həvəskar komanda arasında yoldaşlıq görüşü keçirilib. Oyun zamanı rəqib komandanın futbolçusu dirsəyi ilə Yeqoru vurub.

İlkin məlumatlara görə, zərbədən sonra beyin qanaması başlayıb. Hadisə nəticəsində məşqçi oyun zamanı dünyasını dəyişib.

Meydançaya gələn həkimlər onu xilas edə bilməyiblər. Lakin idmançının ölümünün yekun səbəbi hələ müəyyən edilməyib.

 

0.017441987991333