3 ayda qeydə alınan məlumatlar və abonentlərin aprelin 21-dək bilməli olduğu vacib xəbər “Açıq qapı”da -VİDEO
“Öncədən də xəbər verdiyimiz kimi aprelin 21-dən 23-dək Birliyin Qəza Çağrı Xidməti şöbəsinin istifadəsində olan serverlərdə texniki-profilaktiki işlər həyata keçiriləcək. Bu səbəbdən də smart-kart tipli sayğaclara sahib abonentlərdə 2 gün olmaqla axşam saat 22:00-dan səhər saat 10:00-dək kartlara yükləmə mümkün olmayacaq. 104/185 Çağrı Mərkəzinə zənglər qəbul olunmayacaq” Bunu SOCAR “Azəriqaz” İB-nin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyasında bildirib. Şöbə rəisi qeyd edib ki, Çağrı Mərkəzini bu 2 gündə (077) 3 104-104 “Whatsapp” xətti və qurumun azeriqaz.az saytındakı çat bölməsi əvəz edəcək. Odur ki, vətəndaşlar qaz təchizatında üzləşəcəkləri problemlə bağlı qeyd edilən ünvanlarla əlaqə saxlaya biləcəklər.
Birliyin İctimaiyyatlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə çıxışına cari ilin yanvar-mart ayları ərzində qeydə alınan statistik məlumatları çatdırmaqla başlayıb. Şöbə rəisi bu 3 ayda ölkə üzrə əvəz edilən sayğacların və yeni qeydiyyata alınmış abonentlərin sayını, həmçinin digər məqamları jurnalistlərin diqqətinə çatdırıb. Aksiya sonda jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.
Ətraflı: https://youtu.be/AZHmMAeWxbI