Bu dəfə Ağdam rayonunun sahibkarları "Açıq mikrofon" aksiyasından yararlandılar - FOTO
"Paralel.az" xəbər verir ki, SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası bu dəfə Ağdam rayonunda təşkil olunub.
Sahibkarlarla baş tutan görüşü Tərtər RQİİ-nin rəhbər şəxsləri çıxış sözü ilə açıq elan edib.
Ardınca sahibkarlar qaz təchizatında üzləşdiyi problemləri ünvanlayıblar. KOBİA-nın nümayəndəsinin də iştirakı ilə keçirilən aksiyada mikrofon önünə çıxan Kərim İbrahimov çörək sexinə məxsus debitor borcun araşdırılmasını istəyib.
Sahibkarlıqla məşğul olan Mahirə Əsədovanın istəyi isə təndirxananın qazla bağlı layihəsində dəyişikliyin edilməsindən ibarət olub. Digər bir sahibkar isə obyektin qazlaşdırılmasını xahiş edib.
Aksiya zamanı ünvanlanan problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.