"A dünya" - Abdulla Saymaz

 

Dağılasan, çatlayasan a dünya,
Öz "oğlu"nu ərə verən "kişi" var.
Tutaq gedib gərdəyə də girdilər,
De, hansının çeynəyəcək dişi var?

Bu evlilik lap istəyir bal dada,
Uzaq olsun, qismət olsun lap yada.
Dost-tanış da pıçıldayır daldada,
"Bəy-gəlin"in toy gecəsi işi var.

Ahım tutsun pis yol ilə gedəni,
Görən nədir bu işlərin nədəni?
"Sevib" alıb özü kimi gədəni,
Nərd oynayır, guya şeşi, beşi var.

Öz əyninə geyib mavi köynəyi,
Səsi incə, saçları da qəhvəyi.
Gəl, yaratma Allah bu cür "erkəyi",
Beləsindən çox qeyrətli dişi var.

"Paralel.az"

0.015394926071167