NƏ MƏN GÜNAHKAR - Təvəkkül Goruslu

NƏ MƏN GÜNAHKAR - Təvəkkül Goruslu
 

NƏ MƏN GÜNAHKAR

Məhəbbət ürəyin məlhəmi, əlbət,
Zamanla bir azca gecikmiş, fəqət.
Könüldən dincliyi edibsə qarət,
Sən də günahkarsan, mən də günahkar!

Dünyanın tavanı eşqdən asılı,
Səma da üfüqdə yerə qısılı,
Olduqsa dillərdə sevda masalı,
Sən də günahkarsan, mən də günahkar!

Kainat qurulmuş sudan, atəşdən,
Nə fərqi cövhəri dörddən, ya beşdən,.
Tanrı qorudusa ayı günəşdən,
Sən də günahkarsan, mən də günahkar!

İki can bir ruhda şama qonursa,
Alovda bişirsə, odda yanırsa,
Başqa xülyaları günah sanırsa,
Nə sən günahkarsan, nə mən günahkar!

Təvəkkül Goruslu

0.019208908081055