Osman Gündüzdən yeni layihə... FOTO
"ChatGPT-nin köməyi ilə Rəqəmsal Məcəllənin strukturu, prinsipləri və layihəsini lazırladım.
"Paralel.az" xəbər verir ki, bu sözləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib.
O, qeyd edib ki, Prezidentin fərmanı ilə bu layihənin hazırlanmasına beynəlxalq məsləhətçi şirkət cəlb olunmalıdır. Onlara da adətən bir neçə milyon vəsait ödənilir.
"Bu qurum da bir qayda olaraq beynəlxalq və yerli təcrübəni öyrənib qaralama bir sənəd təqdim edir.
Bu tip sənədi mən ChatGPT -nin (xüsusən də GPT4) köməyi ilə hazırlamışam.
Əgər RİNN cüzi də olsa ödəniş edəcəksə bir az da əl gəzdirib təqdim edə bilərəm.
Osman Gündüzün sözlərinə görə, əvvəllər hökumət bir beynəlxalq məsləhətçi şirkətə 1.5 milyon manat vermişdi ki, İnnovasiyaların inkişafı strategiyası hazırlasın.
"Lakin məlum olduğu kimi bu sənəd indiyədək ortaya çıxmayıb. Hansı ki , bu, başqa bir müzakirə mövzusudur.
Yəni, indiki durumda , əsil beynəlxalq məsləhətçi qurum elə ChatGPT -dir."