Toqquşan qalaktikalar belə görünür- Ulduz partlayışının fotosu

Toqquşan qalaktikalar belə görünür- Ulduz partlayışının fotosu
 

“James Webb” teleskopu toqquşan qalaktikalardan ulduz partlamasını çəkib.

Paralel.az “Sabah” qəzetinə istinadla xəbər verir ki, göstərilən iki spiral qalaktika 700 milyon il əvvəl toqquşmağa başlayıb. Qaz və toz buludlarının birləşməsi ilə sıx bir ulduz doğulmasının yaşandığı təyin olunub.

“Arp 220” adlı iki toqquşan qalaktika 1 trilyondan çox Günəş ölçüsündə infraqırmızı məşəllər əmələ gətirib.

Süd Yolu Qalaktikasında ortaya çıxan infraqırmızı işığın yalnız 10 milyard günəş işığının parlaqlığında olduğu qeyd edilib.

Bildirilib ki, “Arp 220” İlan bürcündə 250 milyon işıq ili uzaqlıqda yerləşir. Yer kürəsinə ən yaxın üç qalaktika birləşməsindən ən parlağıdır.

Süd Yolu Qalaktikasının yalnız 5%-i olan və 5000 işıq ili genişliyinə qədər uzanan “Arp 220”də yerləşən toz buludunda 200-ə yaxın çox böyük ulduz dəstəsinin olduğu ifadə edilib.

Arp 220-də hər iki qalaktikanın nüvələrində ulduz əmələ gətirə bilən qaz və toz buludlarının halqalarının fırlandığı deyilib.

Xatırladaq ki, radioteleskoplarla əvvəlki müşahidələrdə təxminən 500 işıq ili uzaqlıqdakı eyni bölgədə 100 fövqəlnova partlayışının qalıqları aşkar edilib.

Hubble Kosmik Teleskopu isə Arp 220-də toqquşan iki qalaktika nüvəsi arasında 1200 işıq ili məsafənin olduğunu təyin edib.

0.013962984085083