AAYDA-nın əməkdaşının jurnalistin sualına cavabı: "Əcəb edirik" - VİDEO
Yasamal rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşlarının Qələbə dairəsindən başlayaraq yolboyu ağacları dibindən çıxardığı bildirilir.
Bu barədə Toplum TV-nin reportajında bildirilir.
Agentliyin özünü təqdim etməyən əməkdaşı ona yönləndirilən suala əvvəlcə imtina edib, daha sonra isə on hücum eidb və çəkilişə mane olmağa cəhd edib. Əməkdaş əl-qol hərəkətləri ilə jurnalisitn fəaliyyətinə maneə olmağa və texniki vasitələri onun əlindən almağa çalışıb.
“Yeri get o yana. Sən məni alladırsan, yeri get o yana. Sən kimsən ki? Söndür, dartıb qıraram”, - jurnalistin mikrofonu əlindən almaq istəyən əməkdaş deyib. Jurnalistin “Ağacları niyə çıxarırsınız” sualına isə əməkdaşın cavabı belə olub: “Az, əcəb eləyirik”.
Məsələ ilə bağlı AAYDA-nın sözçüsü Anar Nəcəfli bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında həmin ağaclar müxtəlif ərazilərə köçürülür. Ekoloq Sadiq Həsənov isə indi ağacların inkşaf dövrü olduğu üçün ağaclarının yerinin dəyişilməsininn doğru olmadığını deyib:
“İndi ümumiyyətlə ağacların vegetasiya dövrüdür. Ağaclar nə vaxt budanır, yaxud yeri dəyişilir? Bu əsasən payız aylarında ağacın yarpaqlarının töküldüyü vaxtdan başlayaraq, fevral ayına qədər davam edir. İndi artıq bu ağacların inkşaf dövrüdür və bu dövrdə ağacların nə yerinin dəyişilməsi, nə də budanması hadisəsi olmamalıdır. Bu ağaclara həddindən artıq zərər verir və sonradan onların qurumasına səbəb olur”./Yeniavaz.com
Paralel.az