Büdcədə 1,7 milyard manat qalıq yaranıb

Büdcədə 1,7 milyard manat qalıq yaranıb
 

2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda dövlət büdcəsinin gəlirləri 8 290,0 milyon manat təşkil edib.

Paralel.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% çoxdur.

Cari ilin ilk 3 ayında dövlət büdcəsinin xərcləri 6 567,0 milyon manat olub ki, bu da illik müqayisədə 16,7% artım deməkdir.

Ümumilikdə sözügedən dövrdə dövlət büdcəsində 1 723,0 milyon manat profisit yaranıb. Bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 24,8% çoxdur.

0.029597043991089