Türkiyənin İMECE peyki artıq kosmosdadır - Osman Gündüz

Türkiyənin İMECE peyki artıq kosmosdadır - Osman Gündüz
 

Üç dəfə orbitə qaldırılması təxirə salınan Türkiyənin İMECE peyki artıq kosmosdadır.

Türkiyə ilk dəfə olaraq öz milli resursları hesabına peyk hazırlayıb.
Uzun müddət, təxminən 7 il olardı ki, Türkiyənin TÜBİTAK UZAY Kosmik Tədqiqatlar qurumu Müdafiə Sənayesi Bakanlığının rəhbərliyi altında bu layihə üzərində çalışırdı.
Maraqlıdır ki, Türkiyənin Orta Doğu Texniki Universitetinin də bu layihədə yaxından iştirak etdiyi bildirilir.

İMECE peykinin hazırlanması üzrə bütün işlər Türk mütəxəssisləri və mühəndisləri tərəfindən gerçəkləşib.
Yalnız orbitə qaldırılması xarici resurslar hesabına olub.
İMECE bu gün ABŞ-ın Kaliforniya ştatından, SpaceX Falcon 9 raketi ilə orbitə qaldırılıb.

İMECE müdafiə, kəşfiyyat və müşahidə yönümlü peykdir.
680 km məsafədən yüksək keyfiyyətli görüntü əldə etmək və onu 350Mb/s sürətlə yer stansiyasındakı kompüterlərə göndərmək imkanı var.

Peyk sınaqdan keçirildikdən sonra Türkiyənin Hərbi Hava qüvvələrinin komandanlığına təhvil veriləcək. Peykin ömrünün 5 il olacağı nəzərdə tutulub.

Beləliklə, hazırda Türkiyənin kosmosda müxtəlif təyinatlı 10 peyki fəaliyyətdədir.

İlk milli müşahidə peyki olan İMECE Türkiyə və türk dünyası üçün böyük uğurdu.

Xeyirli olsun !

"Paralel.az"

0.018512010574341