Orban Ukraynanı “mövcud olmayan ölkə” adlandırdı

Orban Ukraynanı “mövcud olmayan ölkə” adlandırdı
 

Macarıstan Nazirlər Kabinetinin rəhbəri hesab edir ki, “ABŞ və Avropa Kiyevə pul ayırmağı dayandıran kimi” Ukraynadakı münaqişə sona çatacaq.
Bizimyol.info xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban Ukraynanı maliyyə cəhətdən “mövcud olmayan ölkə” adlandırıb.

"İqtisadi göstəricilərin həcminin aşağı düşməsi böyükdür, bu, müharibə səbəbindən tamamilə başa düşüləndir. Aydındır ki, Ukrayna özünü maliyyələşdirə bilmir. Məsələ bizim Ukraynanı dəstəkləyib-dəstəkləməməyimizdən gedir", - deyə Orban əlavə edib.

O, “ABŞ və Avropa Kiyevə pul ayırmağı dayandıran kimi” münaqişənin sona çatacağı fikrini də irəli sürüb.

Orban vurğulayıb ki, Avropa ölkələri Avropa iqtisadiyyatının əziyyət çəkdiyi bir vaxtda Ukraynanın saxlanmasına on milyardlarla dollar xərcləyir.

"Biz Ukraynanın pensiyalarını, hesablarını ödəyirik, dövlət qurumlarını, səhiyyəni, təhsilini  saxlayırıq",- deyə o, vurğulayıb.

Siyasətçinin fikrincə, bu vəziyyət əbədi davam edə bilməz.

Bundan əlavə, ölkənin Nazirlər Kabinetinin rəhbəri də qeyd edib ki, Macarıstan da Kiyev rejiminin maliyyələşdirilməsində iştirak edir, eyni zamanda Zakarpatiyada macar azlığının vəziyyəti daim pisləşir.

Xatırladaq ki, bundan əvvəl bildirilib ki, Macarıstan hökuməti Kiyevin öz ərazisindəki macar azlığının hüquqlarını bərpa etməsi şərti ilə Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyə razılaşıb.

Qeyd edək ki, Macarıstanın Nazirlər Kabineti öz tələbini alyansa üzv ölkələrin xarici işlər nazirlərinin iclası zamanı açıqlayıb.

0.053673982620239