Prezidentinin rəsmi səhifəsi ilə Ali Attestasiya Komissiyasının rəsmi səhifəsində uyğunsuzluq - Araşdırma
İtalyanşünas alim Günel Bayramova:
Azərbaycan Respublikası Prezidentinin rəsmi səhifəsi ilə Ali Attestasiya Komissiyasının rəsmi səhifəsində uyğunsuzluq:
“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”
Azərbaycan Respublikası Prezidentinin rəsmi səhifəsi:
6.7. Komissiyada fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi üçün təqdim olunan dissertasiyaya və sənədlərə daxil olduğu gündən üç ay, elmlər doktoru elmi dərəcəsinin verilməsi üçün təqdim olunan dissertasiyaya və sənədlərə isə daxil olduğu gündən beş ay müddətində baxılır.
6.8. Dissertasiya və sənədlərin ekspertizasının keçirilməsi üçün əlavə müddət tələb olunduğu hallarda Komissiya, SƏBƏBİNİ ƏSASLANDIRARAQ, bu müddəti üç aya qədər artıra bilər (Mənbə: https://president.az/az/articles/view/33498).
AAK-ın rəsmi səhifəsi:
- Komissiyada elmi dərəcənin verilməsi üçün təqdim olunan dissertasiyaya və sənədlərə daxil olduğu gündən 5 (beş) ay müddətində baxılır; Dissertasiya və sənədlərin ekspertizasının keçirilməsi üçün əlavə müddət tələb olunduğu hallarda Komissiya, bu müddəti 3 (üç) aya qədər artıra bilər. (Mənbə: http://www.aak.gov.az/single/320)
Göründüyü kimi ölkə Prezidentinin rəsmi səhifəsində vətəndaşın lehinə olan “səbəbini əsaslandıraraq” sözləri AAK-ın rəsmi səhifəsində öz əksini tapmamışdır.
"Paralel.az"