Vəli Bəy YADİGAR

Vəli Bəy YADİGAR
 

 

Ömrünün son illərini Argentinada keçirən , Azərbaycan və Polşa xalqının azadlığı uğrunda mübarizə aparan Vəli bəy Yadigar 1898-ci ilin oktyabrında Azərbaycan sərhədlərinə yaxın olan Borçalı mahalının Təkəli kəndində anadan olmuşdur . 1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri olmuş . XI Ordu Bakıya yürüş edəndə Üçüncü Şəki süvari alayının pərakəndə dəstəsi ilə birgə vuruşa-vuruşa Gürcüstan ərazisinə çəkilmişdir .
1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə , sonra Vəli bəy Polşaya mühacirətə getmiş . Polşada “Armiya Krayova” -London mühacirlərinin alman faşistlərinə qarşı gizli hərbi təşkilatında çalışıb . Xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu əlahiddə atıcılıq diviziyasının komandiri olub.
Polşada çıxan “Jiçe Varşavi” “Varşava həyatı” qəzeti 6 iyul 1990-cı il
tarixli nömrəsində polkovnik Vəli bəy Yadigarov haqqında yazır: “Ötən şənbə
Varşava qəbirstanlığında Vəli bəy Yadigar müsəlman-tatar qaydası ilə dəfn olunmuşdur. Dəfn fəxri qarovulun müşayiəti və hərbçi şöhrəti qaydaları ilə
keçirilmişdir . Mərhumu son mənzilə yaxın qohumları , dostları , keçmiş alaydaşları yola salmışlar . Yaylım atəşi açılmış , orkestr Şopenin dəfn marşını çalmışdır .
Cənazə üzərində müsəlman ayinini Varşava və Belostok yeparxiyasının imamı Aleksandr Əli Şaletski icra etmişdir .
Polkovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır...
Bu qərib Polşa ordusu heyətində vuruşub , K.Soskovski adına Yeddinci Ulan alayının zabiti olmuşdur . O, 1920-ci ildə tabeliyində olan hissə ilə birlikdə Azərbaycanı tərk etmək məcburiyyətində qalıb , 1921-ci ilin mart ayında Polşada sığınacaq tapmış , müqavilə ilə polyak ordusu sıralarına daxil olub .
Qruzdendə Süvari Məktəbini və Varşava Ali Hərbi Məktəbini bitirdikdən sonra yeddinci süvari polkunun komandir müavini təyin edilmişdir . Polyak qızıyla
evlənmiş , polyak dilini öyrənmişdir . Keçmiş alaydaşları onu son dərəcə yüksək mədəniyyətə , sağlam həyat tərzinə malik insan , həm də olduqca tələbkar zabit kimi xatırlayırlar .
Vəli bəy Polşaya hücum etmiş hitlerçi qəsbkarlara qarşı 1939-cu il sentyabrın 11-də təşkil olunmuş müdafiə kompaniyasında iştirak edib , Mazovetsk
süvari briqadasının qərargah rəisi olub . Polşanın işğalından sonra Armiya
Krayovanın (AK) tərkibinə daxil olan “Olen” polkunun komandiri kimi Varşava
üsyanında iştirak etmişdir .
Müharibədən sonra Vəli bəy Yadigarov Argentinaya mühacirət edib , 1971-ci il yanvarın 13-də Buenos-Ayresdə vəfat etmişdir . Öz vəsiyyəti ilə Polşada təkrar dəfn edilib. Dəfn mərasimində mərhumun
qızı-Züleyxa xanım Yadigarov-Kalinovskaya da iştirak edib . O, hazırda milliyyətcə polyak olan əri ilə İspaniyada yaşayır .
Vaxtilə Polşa Silahlı Qüvvələrinin Ali Baş Komandanı olmuş , ordu generalı Kazimej Sosnkovski (1885-1969) həmyerlimiz Vəli bəy haqqında yazırdı:
“Doğma xalqının taleyini heç vaxt unutmayan polkovnik Vəli bəy Yadigar , eyni zamanda Polşanın da alovlu və sadiq oğlu idi”.

Mənbə: Şəmistan Nəzirli
“1920-ci ildə Qarabağ döyüşləri.”
2009-cu il.

Paralel.az

0.033602952957153