Braziliya prezidentindən dollarla bağlı ÇAĞIRIŞ

Braziliya prezidentindən dollarla bağlı ÇAĞIRIŞ
 

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Çinə ilk dövlət səfəri zamanı inkişaf etməkdə olan ölkələri beynəlxalq ticarətdə öz valyutalarının xeyrinə dollardan imtina etməyə çağırıb.

"Paralel.az" xəbər verir ki, Luiz İnasio Lula da Silva BRİKS ölkələri qrupuna (bura Braziliya və Çindən əlavə Rusiya, Hindistan və Cənubi Afrika Respublikası daxildir - red.) dolların hökmranlığına son qoymaq məqsədilə ticarətdə istifadə üçün öz alternativ valyutalarını inkişaf etdirməyi təklif edib.

“Kim qərar verib ki, bizim valyutalarımız zəifdir və başqa ölkələrdə heç bir dəyəri yoxdur? Qızıl standartı ləğv edildikdən sonra dolların əsas valyutaya çevrilməsinə kim qərar verib?”, - da Silva sual edib və Pekinin beynəlxalq əmtəə əməliyyatlarının tənzimlənməsi məqsədilə yuandan istifadə etmək səylərini dəstəklədiyini vurğulayıb.

0.049091100692749