“Bunun baş verməsindən narahatam” - Bayden

“Bunun baş verməsindən narahatam” - Bayden
 

ABŞ Prezidenti Cozef Bayden həssas informasiyaların mətbuata sızdırılmasından narahat olduğunu bildirib.

"Paralel.az" xəbər verir ki, Bayden jurnalistlərə açıqlaması zamanı həmin məlumatların Ukrayna müharibəsi və ABŞ-nin müttəfiqləri ilə bağlı olduğunu deyib.

"Bunun baş verməsindən narahatam. Biz məxfi sənədlərin sızdırılması istiqamətində bəzi nəticələrə gəlməyə yaxınlaşırıq”, - deyə Bayden vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, hazırda hərtərəfli araşdırma gedir.

Qeyd edək ki, son günlərdə Ukraynadakı müharibə ilə bağlı çox vacib kəşfiyyat sənədləri mətbuata sızdırılıb.

0.024660110473633