Kürdəmir, Ucar və Göyçay xidmət sahələrində çalışan nəzarətçi-çilingərlərlə görüş keçirildi - FOTO

Kürdəmir, Ucar və Göyçay xidmət sahələrində çalışan nəzarətçi-çilingərlərlə görüş keçirildi - FOTO
 

 

Ağsu RQİİ-nin bir sıra xidmət sahələrində çalışan nəzarətçi-çilingərlərin iş şəraiti ilə yaxından tanış olmaq məqsədilə görüş keçirilib.

"Paralel.az" xəbər verir ki, SOCAR "Azəriqaz" İB-nin baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyevin iştirakı ilə keçirilən görüşlər ardıcıl olaraq Kürdəmir, Ucar və Göyçay xidmət sahələrində baş tutub.

Qurum rəsmisi nəzarətçi-çilingərləri narahat edən problemləri, həmçinin tələb və təklifləri dinlədikdən sonra səslənən bu və ya digər məsələlər barəsində ətraflı məlumat verib.

Daha sonra hər  bir xidmət sahəsindən 2 əməkdaş olmaqla ümumilikdə 6 nəfər nümunəvi fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.

Sonda baş direktorun təşəkkür və tapşırıqlarını nəzarətçi-çilingərlərə çatdıran C.Şıxəliyev onlara işlərində uğurlar arzulayıb.

0.016982078552246