Qayınana gəlinini boğub öldürdü - Qətlin təfərrüatı - FOTO

Qayınana gəlinini boğub öldürdü - Qətlin təfərrüatı - FOTO
 

Quba rayonunda gəlnini qətlə yetirməkdə təqsirli bilinən Rəhilə Əliyevanın cinayət işi üzrə təfərrüatlar məlum olub.

Paralel.az xəbər verir ki, hadisə rayonun Vəl-Vələ kəndində baş verib. Kənd sakini 50 yaşlı Rəhilə Əliyeva evində münaqişə zəminində gəlini Nazilə Ağarzayevanı kəmər ilə boğaraq qətlə yetirib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Rəhilə Əliyeva saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda  cinayət işi balanılıb.

İş üzrə dindirilmiş Rəhilə Əliyeva ifadəsində bildirib ki, oğlu İlqar 2000-ci ildə Bakıda Nazilə ilə tanış olub evlənib. Gəlin onlarla yaşadığı dövrdə özünü qeyri-adi aparıb. Heç bir səbəb olmadan onunla, qızları və oğlu ilə dava edib ləyaqatlərini alçaldıb. 

Bir neçə dəfə gəlini tərəfindən döyülən Rəhilə Əliyeva polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Onun ərizəsində göstərdiyi hallar polis tərəfindən yoxlanılaraq Nazilə Ağarzayeva barəsində cinayət işi aparılıb və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmədə Naziləni hər dəfə cərimə ilə cəzalandırıb. 

Sentyabrın 8-i axşam saat 21:00 radələrində o, evdə olarkən Nazilə evə gəlib qapıya təpiklə vurub onun və qızlarının ünvanına söyüşlər söyərək yaşadığı otağın qapısının açarını istəyib. Rəhilə Əliyeva açarların onun özündə olduğunu deyib. Buna baxmayaraq Ağarzayeva öz otağının qapısına da bir neçə dəfə təpiklə zərbələr vurub. Bunu görən Rəhilə gəlinindən qapını sındırmamağı xahiş etdikdə Nazilə təpiklə qarnından vuraraq onu pozgun küçə qadını adlandırıb. 

Gəlininin davaya meyilli olmağını bilən Rəhilə ona cavab qaytarmayıb. Həyətə çıxdıqdan az sonra Nazilə yenə evə daxil olub onun qızları ilə birlikdə pozğunluqla məşğul olduğunu deyib təhqir edib. 

Nazilənin sonuncu sözlərinə dözə bilməyən Rəhilə Əliyeva əlləri ilə tutub onun saclarından dartıb. Bir neçə dəfə bədəninin müxtəlif nahiyyələrindən dişləyib və boğmağa başlayıb. Nazilə öz əl çantası və əlləri ilə onun başına və qarnına zərbələr vurub. Lakin arıtq boğulduğundan özünü ayaq üstə saxlaya bilməyib yerə yıxılıb. 

Rəhilə gəlininin üstünə çıxıb onu boğmaqda davam edərkən Nazilənin çantasından bıçaq götürdüyünü görüb. Bu səbəbdən sol ayağının dizi ilə onun qolunu basıb yerə sıxıb. 

Rəhilə Əliyeva ifadəsinin davamında bildirib ki, gəlininin öldüyündən əmin olduqdan sonra onun əynindəki paltarın belindəki kəməri açıb Nazilənin boğazına sarıyıb sıxıb. Bir neçə dəqiqə belə vəziyyətdə saxladıqdan sonra kəməri buraxıb və mərumun üstündən qalxaraq həyətə çıxıb. 

Rəhilə Əliyeva bildirib ki, təxminən 15 dəqiqə həyətdə dayanıb öz gələcəyini fikirləşib ağlayıb. Özünə gəldikdən sonra könüllü olaraq polisə getmək qərarına gəlib. 

Məhkəmə prosesində Rəhilə Əliyeva ittima üzrə özünü qismən təqsirli bilib. 

Prosesdə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri dinlənilib. 

Sonda məhkənin hökmü ilə Rəhilə Əliyeva 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Natiq

 

0.013422966003418