İş saatını azaldan hansı ölkədir? 

İş saatını azaldan hansı ölkədir? 
 

Çili parlamenti həftəlik iş saatını 45 saatdan 40 saata endirən qanun layihəsini təsdiqləyib.

Çili prezidenti Qabriel Boriç hökumətinin parlamentə təqdim etdiyi qanun layihəsində 5 il ərzində ölkədə həftəlik iş vaxtının mərhələli şəkildə 45 saatdan 40 saata endirilməsini nəzərdə tutulur.

Səsvermə ilə bağlı açıqlama verən nazir Jeannette Jara, "Bu gün qəbul olunan qərar bəzilərinə qeyri-mümkün görünsə də, işçilərinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün addımlar atmağın mümkün olduğunu göstərdi", - deyə bildirib.

Prezident Boriç səsvermədən əvvəl qanun layihəsinin ölkədə ədalətin daha geniş anlaşılması üçün əhəmiyyətli bir addım olduğunu ifadə edib: "Həftədə iş saatlarının 40-a endirilməsi kimi təkmilləşdirmələrin ədalətli Çiliyə yaxınlaşmaq üçün vacib olduğundan şübhəm yoxdur".
Yeni qanuna əsasən, həftəlik iş saatı birinci ildə 44 saata, üçüncü ildə 42 saata, beşinci ildə isə 40 saata endiriləcək.

Qeyd edək ki, Çilidə həftəlik iş saatı 2005-ci ildə 48 saatdan 45 saata endirilib.

0.10181212425232