Vətəndaşların yaşamaq haqqı təmin olunmalıdır

Vətəndaşların yaşamaq haqqı təmin olunmalıdır
 

Veteranların, qazilərin şəhid ailələrinin səsi eşidilmir

 BMT yaşayış səviyyəsinə görə, dünya ölkələrini 3 qrupa bölür: xoşbəxt, inkişaf etməkdə olan inkişafı zəif ölkələr. BMT-nin son açıqlamasına görə, dünyada xoşbəxt ölkələrin sayı 20-dir. Bu ölkələrdə yaşayan insanların həyat səviyyəsi çox yüksəkdir

Dünyanın ikinci üçüncü qrup ölkələrinin sayı barədə heç bir yerdə açıqlama verilməsə , ikinci qrupa daxil olan ölkələrin sayı çoxdur. Adətən bu ölkələrdə yaşayan insanlar xoşbəxt yaşamasalar da, xoşbəxt yaşamaq arzusundadırlar. Azərbaycan ikinci qrup ölkələr sırasına daxildir. Azərbaycan inkişaf strategiyasına görə, demokratik inkişaf yolu seçib, Qərbə inteqrasiya kursu götürüb.

Ölkə Konstitusiyası bütün qanunlar Qərbin demokratik dəyər prinsipləri əsasında tərtib olunub. Lakin demokratik dəyərlər əsasında tərtib olunmasına baxmayaraq, Azərbaycanda Konstitusiya qanunların əksər müddəaları, demək olar, işləmir. Məsələn, "hər kəsin başqaları ilə birləşib aksiya keçirmək hüququ" Konstitusiyada təsbit olunsa da, hazırda bu qanun işləmir, 3-5 adam toplaşıb, hər hansı narazılıqla bağlı etiraz aksiyası keçirmək barədə icra hakimiyyətinə müraciət edəndə, icra hakimiyyəti həm aksiyanın keçirilməsinə icazə vermir, həm aksiya keçirmək üçün müraciət edən insanlar polis tərəfindən təqibi olunur.

Məlum olduğu kimi, 2020-ci ildə kasıb balalarından ibarət olan müharibə cəbhəsindəki qəhrəman Azərbaycan ordu hissələri işğalçı Ermənistan ordusunu darmadağın etdi, amma... Əgər Rusiya rəhbərliyi kobud formada müharibəyə müdaxilə etməsəydi, qəhrəman ordumuz hazırda rus-erməni işğalı altında olan torpaqlarımızı tam azad edəcəkdi. Lakin özünü regionun mütləq hakimi sayan Rusiya ordumuzun başladığı "dığatəmizləmə" əməliyyatını sona çatdırmağa qoymadı.

Bəli, sadə insanların övladlarından ibarət olan şanlı ordumuz 44 günlük vətən müharibəsində işğal altında olan torpaqlarımızın 75 faizini azad etdikdən sonra, hər kəs düşündü ki, qalib ölkənin vətəndaşları kimi, sadə insanların həyat tərzində xeyli müsbət dəyişikliklər olacaq, qalib xalqın firavan həyat yaşaması üçün geniş imkanlar açılacaq. Lakin vətən müharibəsinin bitməsindən 2,5 il keçməsinə rəğmən, xalqın haqq etdiyi gözlədiyi firəvanlıqdan işartı belə yoxdur. Əksinə, müharibədə qələbə çalınmasına baxmayaraq, xalqın həyat tərzində problemlər çoxalıb, rüşvət korrupsiya, məmur özbaşınalığı həddini aşıb, məmurların həyasızlığı xeyli şiddətlənib. Heç bir dövlət orqanında xalqın tələb şikayətinə baxılmır, insanlar dövlətdən narazı salınır, bu tip mənfi proseslərin güclənməsi nəticəsində əhalinin sosial-iqtisadi durumu ağırlaşıb.

Hazırda ölkə əhalisi firavan, xoşbəxt həyat arzulamaqdan daha çox hər gün bir tikə çörək qazanmaq istəyilə yaşayır. "Müharibədir"- bəhanəsilə özünə sərvət toplayan çoxsaylı məmurlar heç kimin gözünün yaşına belə, baxmır, qanunları istədikləri şəkildə pozurlar, hegemonluq barbarlıq nümunələri göstərirlər, xalqın sosial-iqtisadi durumunun yaxşılaşmasına yox, xalqa qarşı qaba, zülmetmə prosesinin güclənməsi tendensiyası müşahidə olunur.

Yeni təyin olunan nazir, komitə, idarə xidmət rəhbərləri, icra başçıları, onların yerli nümayəndələri xalqa qarşı əvvəlki rüşvətxor komandadan heç ilə fərqlənmirlər, bəzi hallarda onlar xalqa qarşı daha sərt daha amansız davranırlar. Yuxarıdan aşağı vəzifədə əyləşmiş məmurlar arasında normal birini nümunə göstərmək mümkün deyil ki, anlasın ki, xalq dövlət üçün yox, dövlət xalq üçündür bu xalqın haqqını ayaq altına atmasın. Hara baxırsan Kərbəla müsibəti görürsən, kimə diqqət yetirirsən xalqa Yezidlik edir, incidir, soyur, anasını ağlar qoyur. Sanki məmurlar bu xalqdan deyillər düşmən kimi hərəkət edirlər.

Məlumdur ki, ölkə prezidentinin həyata keçirdiyi struktur kadr islahatları dövlətin güclü, xalqın firəvan yaşaması məqsədi güdür. Lakin kürsülərə gətirilən gənc kadrların fəaliyyəti göstərir ki, onlara bəslənən ümidləri doğrulmurlar, xalqın rifahının yaxşılaşdırılması istiqamətində heç bir müsbət dəyişiklik etməyə qadir deyillər. Ölkəni təpədən dırnağa kimi bürüyən rüşvət korrupsiyanın qarşısını ala bilmirlər, əksinə, bu çirkin bəlanın ölkədə genişlənməsinə rəvac verirlər. Məmurların günahı üzündən gündəlik tələbat ərzaq məhsullarının qiyməti hər gün artır. İnhisarçılıq ən yüksək həddə çatıb, azad iqtisadiyyatdan söhbət gedə bilməz, məsul vəzifə kürsülərinə irəli çəkilən gənc kadrlar isə, yeni çağırışlara cavab vermir, ölkənin idarəçilyi yenə "köhnə hamam, köhnə tas" prinsipi ilə idarə olunur.

Dövlətin iqtisadi inkişafının insanların firavan həyatının təminatçısı olduğunu hər bir məmur bildiyi halda, heç kim dövlətin iqtisadi gücünün, qüdrətinin artmasına qayğı göstərmir, hər bir məmur şəxsi sərvətini artırmaq, dövlətdən xalqdan mümkün qədər daha çox oğurlamağa cəhd edir. Məmurlar rüşvət korrupsiya yığımına elə aludə olublar ki, ölkədə rüşvətxorlara korrupsionerlərə qarşı həyata keçirilən həbslər belə onları qorxutmur.

Azərbaycanda insanların firavan yaşaması üçün çox yüksək imkan var. Çünki ölkəmiz kənd təsərrüfatı ölkəsidir. Hazırda dünyada kənd təsərrüfatını inkişaf etdirməklə əhalisini yüksək səviyyədə yaşamağa nail olan xeyli dövlətlər var. Həmin dövlətlərin təcrübəsi göstərir ki, kənd təsərrüfatı sahəsini inkişaf etdirməklə insanların firavan həyatını təmin etmək mümkündür. Unikal kənd təsərrüfatı imkanlarına malik olan Azərbaycanda dünyanın qabaqcıl ölkələrinin tətbiq etdiyi texnologiya təcrübəsini istifadə etməklə, ölkəmizin güclənməsi əhalimizin firavan yaşaması sahəsində çox yüksək nəticələr əldə edə bilərik.

Lakin ölkənin sərvətlərini xalqı talamaqla məşğul olan rüşvətxor korrupsioner məmurlar çirkin əməllərindən əl çəkmir. Kanada, Hallandiya, İsrail dünyanın digər kənd təsərrüfatını yüksək səviyyədə inkişaf etdirən, bununla dövlətin iqtisadi qüdrətini artıran xalqın firavanlığını təmin etməyə nail olan dövlətlərin təcrübəsini Azərbaycanda tətbiq etmək, başa düşmürəm, anlamıram ki, niyə bu qədər çətindir axı?

Çünki kənd tərrüfatının inkişafı üçün hər il dövlətin büdcədən ayırdığı milyonlarla pul təyinatı üzrə xərclənmir, həmin pul Kənd Təsərrüfat Nazirliyində nazirdən tutmuş üzü aşağı bütün strukturu zəbt etmiş bürokratar tərəfindən mənimsənilir. Beləliklə, Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişaf etməsinə imkan verilmir. Dövlətin idarə olunmasında buraxılmış səhvlər dövlət büdcəsindən düzgün istifadə etməyə imkan vermir. Dövlət büdcəsi daimi olaraq rüşvət korrupsionerlər dəstənin əlindədir onların çirkin əməlləri dövlətin iqtisadi qüdrətinin artmasına, xalqın rifah halının yaxşılaşmasına qarşı yönəlib.

Azərbaycanı inkişafdan geri qoyan, xalqı dilənçi kökündə yaşamağa məcbur edən hallardan biri ölkədə kadr siyasətinin düzgün aparılmamasıdır. İlk növbədə ölkəmizin təbii neft-qaz sərvətlərinin tükənən olduğunu nəzərə alıb, ölkəmizin əsasən kənd təsərrüfatı ölkəsi olduğunu bu sahəni inkişaf etdirmək barədə düşünüb, yüksək səviyyəli kənd təsərrüfatı kadrları hazırlanması problemi həll olunmalıdır. Ölkəmizdə yüksək səviyyəli kənd təsərrüfatı kadrları çatışmadığına görə, bu sahəni qeyri peşə sahiblərinə həvalə edirik ki, bu da kənd təsərrüfatının inkişafına mənfi təsir edir. Fikir verin, ixtisasca hüquqşünas, kənd təsərrüfatının ən sadə idarəetmə fəaliyyət prinsipinə bələd olmayan İnam Kərimovun bir neçə il Kənd Təsərrüfatı naziri vəzifəsini tutması Azərbaycanın kənd təsərrüfatının tənəzzülü ilə nəticələndi.

Kənd Təsərrüfatı nazirliyi sistemində edilən son təyinatlar da göstərir ki, hakimiyyət hələ , həyata keçirdiyi kadr siyasəti eksperimentinin acı sonluğundan normal nəticə çıxarmayıb. İnam Kərimovun Kənd Təsərrüfatı naziri vəzifəsindən Ali Məhkəmənin sədri vəzifəsinə dəyişilməsi Kənd Təsərrüfatı naziri vəzifəsinin psixoloq ixtisasına malik şəxsə tapşırılması ölkədə yanlış kadr siyasətinin hələ davam etməsindən xəbər verir.

İnsanların firavan yaşamaq haqqını təmin etməyi üzərinə götürmüş hakimiyyət öz borcunu yerinə yetirməlidir. Bu borcu yerinə yetirməyən hakimiyyət xalqdan nəsə ummamalıdır. Hazırda insanlar hakimiyyətin normal yaşamaq haqqından məhrum edilməsinə ona görə dözür ki, Azərbaycan 33 ildir Rusiya İranın himayə etdiyi Ermənistan vasitəsilə hərbi münaqişəyə cəlb olunub. Münaqişə hələ bitməyib. Ermənistanın himayəçiləri Rusiya İran davranışlarından hiss olunur ki, Azərbaycana qarşı müharibəni alovlandırmaq üçün məqam axtarırlar. Amma hakimiyyət nümayəndələrinin, məmurların müharibəni bəhanə edib, insanların normal yaşamaq haqqını pozması, rüşvət korrupsiyanı gücləndirməklə, onların haqlı tələbinə əməl etməmələri yaxşı perspektiv vəd etmir. İnsanlar yaxşı anlayır ki, müharibə ölkə iqtisadiyyatını zəif salır. Lakin müharibə nəticəsində ölkəyə dəyən iqtisadi zərərin müharibənin ağırlığını üzərinə götürən, övladlarını vətən uğrunda qurban verən fədakar vətəndaşların ehtiyac içində yaşamalarına səbəb ola bilməz.

Təəssüf ki, hətta ölkə prezidenti bütün məmurlardan veteranların, qazilərin şahid ailələrinin yaşayış, müalicə digər çətinliklərlə bağlı müraciətlərinə xüsusi diqqət göstərməyi tələb etsə , prezidentin tələbi yerinə yetirilmir, tapşırığı yerinə yetirməyən məmurlar barədə isə heç bir tədbir görülmür.

 Abbas

 

0.015097856521606