Banqladeşdə 5 yaşınadək hər dörd uşaqdan birində...

Banqladeşdə 5 yaşınadək hər dörd uşaqdan birində...
 

Banqladeş Səhiyyə Nazirliyinin apardığı araşdırmaya görə ölkədə 5 yaşınadək hər dörd uşaqdan birində inkişaf geriliyi var.

"Paralel.az" “Haber Globala” istinadla xəbər verir ki, uşaqlarda inkişaf ləngiməsinin əsas səbəbi kimi zəif qidalanma, yoxsulluq və erkən nikah göstərilir.

4 il əvvəl sözügedən problemin göstəricisi 31%-ə bərabər idi, 2022-ci ildə isə təxminən 25% olduğu müəyyən edilib.

Bundan əlavə, artıq çəki ilə bağlı rəqəmlərə gəldikdə isə 8%-dən 11%-ə qədər yüksəlib.

Xatırladaq ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) əvvəllər Banqladeşdə ərzaq yardımına və qida müxtəlifliyinin yaxşılaşdırılmasına ehtiyac olduğunu vurğulamışdı.

0.019735097885132