Rusiyaya qarşı sanksiyaların pozulması ilə bağlı 120-dən çox fakt aşkarlanıb

Rusiyaya qarşı sanksiyaların pozulması ilə bağlı 120-dən çox fakt aşkarlanıb
 

İsveçrə Rusiyaya qarşı sanksiyaların pozulması ilə bağlı 126 fakt müəyyən edib, lakin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi Rusiyaya ixrac qaydalarını pozduğuna görə indiyədək cəmi iki cərimə yazıb.

Bu barədə “SRF” nəşri xəbər verir.

İsveçrə federal gömrük və sərhəd təhlükəsizliyi idarəsinin rəhbəri Aleksandra Mayer bildirib ki, agentlik Dövlət Katibliyinə ixracın sanksiyalarını pozan 126 hadisə barədə məlumat verib.

“Bu gün elə bir vəziyyət yaranıb ki, bunu bəyan edənlərin, açıqlayanların qaydalardan xəbəri yoxdur. Sanksiya qaydalarına dəfələrlə düzəlişlər edilib. Sanksiyaya məruz qalan malların siyahısı daim dəyişir. Ehtiyatsızlıq səbəbindən sanksiyaların qəsdən pozulması baş verə bilər”.

Xüsusilə, 2022-ci ilin mayında İsveçrə sərhədində gömrükçülər 1850 kiloqram sürtkü yağını Rusiyaya aparmaq istəyən ixracatçının qarşısını alıblar. Bu, katibliyinin cərimə tətbiq etdiyi iki işdən biridir. Şirkət rəhbərinin qadağadan xəbəri olmadığı üçün ixracatçıya cəmi 4500 frank ödəmək tapşırılıb.

İsveçrədə sanksiya pozuntularının əksəriyyəti gömrükdə baş verir, çünki şirkətlərin özləri ixracatlarının Rusiyaya yönəldiyini bəyan edirlər.

0.14486694335938