Ramazan ayı və oruc tutmağa dair gözəl sözlər

Ramazan ayı və oruc tutmağa dair gözəl sözlər
 
  • İnsan Ramazan orucunu inanaraq və savabını ümid edərək tutursa, keçmiş günahlarını örtmüş olur.
  • Hər kim Ramazan ayının gəlişiylə sevinsə, Allah da onun cəsədini atəşə haram edər.
  • Ramazanın başlanğıcı rəhmət, ortası bağışlamaq, sonu isə, Cəhənnəmdən qurtuluşdur.
  • Cənnətdəki gözəl yerlər, sözü xoş, salamı çox, oruca davam edən və gecə namazı qılan insanlara verilər.
  • Əsl oruc, yalnız yeyib-içməyi deyil, boş və həyasız sözləri də tərk edərək tutulan orucdur.
  • Allahu təalanın, gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına belə gəlməyən nemət dolu süfrəsinə, ancaq oruclular oturar.
  • Allah yolunda bir gün oruc tutanın üzünü, Allahu təala yetmiş il atəşdən uzaqlaşdırar.
  • Təmizlik imanın yarısı, oruc da səbrin yarısıdır.
  • Ramazan ayı giəndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar da zəncirə vurular.
  • Oruclu ikən ölənə, qiyamətə qədər oruc tutmuş kimi savab yazılar.
  • Oruc tutan, namaz qılan kimsə, mükafatını qiyamətdə ağlı qədər alar.
  • Kim Ramazan orucunu tutar və ona Şevval ayından altı gün əlavə etsə, sanki bütün il oruc tutmuş olar.
  • Oruclunun yuxusu ibadətdir. Susması təsbehdir, əməlləri misliylə qəbul edilir, duası məqbuldur, günahı bağışlanılar. (Məhəmməd Peyğəmbər)
  • Oruc tutun ki, səhhətiniz yaxşılaşsın.
  • Oruc pərdədir. Bir gün oruc tutsanız, pis söz deməyin, qışqırıb çağırmayın. Pis bir şey etmək istəməsəniz, "mən orucluyam!" deyin və pis heç nə etməyin.
  • Kim Allah Təala yolunda bir gün oruc tutsa, Allah onunla atəş arasına genişliyi səma ilə kainat arasında olan bir xəndək salar.
  • Sanma ki, dərd yalnız səndə var. Səndəki dərdi nemət sayanlar da var. (Məhəmməd Peyğəmbər)
  • Yıxılanda "ağrımadı" deyən uşaqlar kimi gizləmək istəyirəm ağrılarımı, ümidsizliklərimi.
  • Ən uyğun davranış özünə necə davranılmasını istəyirsənsə, insanlarada elə davranmağındır. (Hz. ƏLİ)
  • Kədərlənmə! Bağlanan bütün qapılar bir gün xeyirə açılarlar, səbr et, sonra bax gör qapının arxasında nə var.
  • Nə qədər bilirsən, bil, amma bunu da bil, bilik bir çiçəkdirsə, onu qoruyan vaz da ədəbdir.
  • Ayıblayaram, könül, səni, hal bilməzə, hal soruşarsan. Yanında bülbül dayanarkən qarğalardan gül soruşarsan. (Hz Mövlana) 
  • Arxamca getmə, mən qabaqcılın olmaya bilərəm. Önümdə getmə, təqibçin olmaya bilərəm. Yanımda get, beləcə ikimiz bərabər olarıq.
     
  • Xarici gözəllik ilk sözü deyir. Daxili gözəllik isə son sözü deyər.
0.2071418762207