Erməni deputatın toxunulmazlıq hüququ ləğv edilir

Erməni deputatın toxunulmazlıq hüququ ləğv edilir
 

Baş Prokurorluq Ermənistan parlamentinin müxalifət “Ermənistan” fraksiyasının deputatı Mher Saakyana qarşı cinayət işinə başlanması ilə əlaqədar olaraq parlamentdən razılıq istəyib.

Paralel.az “hraparak”a istinadən xəbər verir ki, 2023-cü il aprelin 10-da Ermənistan Baş prokuroru Anna Vardapetyan qanunvericiliyin tələblərinə uyğun olaraq, parlamentin sədri Alen Simonyana deputat Mher Saakyana qarşı istintaqın başlanması ilə bağlı vəsatət yollayıb. 

Deputata qarşı qaldırılan cinayət işi üzrə əldə edilmiş faktiki məlumatlara görə, o, 2023-cü il martın 31-də saat 11:15 radələrində qapalı işçi müzakirəsi zamanı cinayət əməlinə yol verib. Belə ki, deputat Saakyan həmin iclasda parlamentin dövlət-hüquq məsələləri daimi komissiyasının sədri Vladimir Vardanyanı yumruqla vurub. Prokurorluq onun əməlində cinayət tərkibi olduğunu əsas gətirərək parlament qarşısında deputatın toxunulmazlıq hüququnun aradan qaldırılması barədə vəsatət qaldırıb.

0.021923065185547