"Beyləqan MX direktoru müqavilə bağladığı həkimdən 1500 (min beş yüz) manat rüşvət alır" -  MX-də işləyən həkim

 

Təqib olunmamaq üçün adının çəkilməsini istəməyən, yaşı 65-i keçmiş təcrübəli həkim Beyləqan Mərkəzi Xəstəxanasının direktoru Ruhəngiz Bəşirovanın rüşvətxorluğu barədə müxbirimizlə söhbət edib.

Həkim bildirir: " ... xəstəxanada çalışan hər kəs bilir ki, yaş həddi 65-i keçən həkimlər növbəti ildə qalıb həkim işləmək üçün direktorla birillik müqavilə imzalayır. Mən də növbəti il üçün müqavilə bağladım və direktoran 500 (beş yüz) manat rüşvət verdim. Bir müddət sonra öyrəndim ki, direktor Ruhəngiz Bəşirova müqaviləni təsdiq etməyib.

Həkim deyir ki, müqavilə ilə bağlı yaranmış problemi digər müqavilə bağlamış yaşlı həmkarlara bildirdim. Həkimlər dərhal dedilər ki, bir illik müqaviləyə görə, direktor həkmindən 1500 (min beş yüz) manat rüşvət alır. Apar direktora 1000(min) manat da ver, qoy müqaviləni təsdiq etsin. Mən deyilən məbləği düzəldib, direktora verəndən sonra müqavilə təsdiq olundu. Baxın, görün necə durumda işləyirik, Beyləqan MX-də vəziyyət çox ağır və dözülməzdir, müəllim...

Həkimlərlə söhbətdən məlum oldu ki, Beyləqan Mərkəzi Xəstəxanasında rüşvətxorluq mühiti əvvəl də olub, amma R. Bəşirova direktor təyin olunduqdan sonra 3 ildir rüşvət daha açıq forma alıb və rüşvətxorluğun açığa çıxmasında TƏBİB-in xidmətini xüsusi qeyd etmək yerinə düşər.

TƏBİB-in və Səhiyyə Nazirliyinin arasında rüşvət və korrupsiya labirintinə düşən Azərbaycan səhiyyəsi rüşvətxor və korrupsioner Ruhəngiz Bəşirova kimi milləti hər gün soyan, talayan həkimlərin ümidinə qalıb.

Həkim söhbətdə onu da deyib ki, Beyləqan MX-nin direktoru R. Bəşirova çox əlaçıq adamdır. Aldığı rüşvəti tək yemir. TƏBİB-in direktoru Vüqar Qurbanov, Beyləqan RİH başçısı Asif Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri direktordan həmişə faydalanırlar deyə, əhalinin direktorun rüşvət və korrupsiya barədə şikayətinə, mətbuatın yazdığı tənqidə əhəmiyyət vermirlər.

Rayon əhalisinin əlacı bir Allaha yalvarmağa qalıb, xəstəxanada çalışan həkim, tibbi heyyət və kasıb rayon əhalisi hər gün R. Bəşirovaya və onun rüşvətxorluğunu himayə edənlərə qarğış qarğamaqla Allahdan imdad istəyirlər...

Mirdaməd

0.03270697593689