Sahibkarlarla növbəti görüş Ağsu rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Ağsu rayonunda keçiriləcək
 

 

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

"Paralel.az" xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası çərçivəsində KOBİA nümayəndəsinin iştirakı ilə sahibkarlarla Ağsu rayonunda görüşü təşkil olunacaq.

Aksiya Ağsu şəhəri, Bayraq Meydanında baş tutacaq.

“Səyyar qəbul otağı” aprel ayının 12-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

0.2179548740387