Alp dağlarında qar uçqunu: 4 nəfər ölüb

Alp dağlarında qar uçqunu: 4 nəfər ölüb
 

Alp dağlarında qar uçqunu nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“Report” xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanin deyib.

“Alp dağlarında Armancet buzlaqına günün ortasında qar uçqunu düşüb. İlkin məlumatlara görə, 4 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Xilasedicilər işlərini davam etdirirlər” - deyə, o bildirib.

Axtarış-xilasetmə əməliyyatına iki helikopter, həmçinin çoxlu sayda xilasedici və texnika cəlb olunub.

0.020750999450684