Çexiya polisi Rusiyanı dəstəkləyənləri həbs edəcək

Çexiya polisi Rusiyanı dəstəkləyənləri həbs edəcək
 

2022-ci il fevralın 24-dən etibarən Çexiya polisi Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstək verən vətəndaşlara qarşı 95 cinayət işi açıb.

"Paralel.az" xəbər verir ki, irozhlas.cz portalının məlumatına görə, şübhəlilərə qarşı 67 iş üzrə ittiham irəli sürülüb.

Portal Çexiya polisinin mətbuat katibi Ondrey Moravçikin sözlərinə istinad edib: “Ukraynanın işğalının əvvəlindən biz 95 cinayət işi açmışıq. Bu hallarda biz bilirik ki, cinayət törədilib”.

Çex Respublikasının Baş Prokurorluğu daha əvvəl öz Twitter səhifəsində Rusiyanın Ukraynadakı hərəkətlərinin “təsdiqlənməsi və ictimai dəstəklənməsi ilə bağlı işlərin inkişafını uzun müddətdir” izlədiyini bildirib.

Respublikanın Baş prokuroru İqor Strjij açıqlayıb ki, Rusiya Federasiyasının Ukraynadakı hərəkətləri ilə razılığın ictimai şəkildə (mitinqlərdə, nümayişlərdə və ya sosial şəbəkələrdə) ifadə edilməsi, Rusiya rəhbərliyinə dəstək cinayətin təsdiqi kimi qiymətləndirilə bilər.

Mövcud qanunvericiliyi pozanları üç ilə qədər həbs gözləyir.

0.016541004180908